"Terrorçular silahı yerə qoymayıb Qərbin dəstəyi ilə rəsmi muxtariyyət almağa cəhd göstərsələr, Türkiyənin Suriya ilə birgə onlara qarşı genişmiqyaslı hərbi əməliyyatı qaçılmaz olacaq", - Hakan Fidan vurğulayıb.
Nəşr Qərbin hansı tələblərlə separatçılara dəstək verəcəyini dəqiq yazmasa da, diqqətə çatdırıb ki, Ankara "PKK"nın birdəfəlik aradan qaldırılması öhdəliyinə sadiqdir.
İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır? |
Daha əvvəl PKK yaraqlılarının İsrailin köməyi ilə ABŞ qoşunlarını Suriyadan çıxmaq fikrindən daşındırmağa çalışdıqları iddia olunurdu. Bu kontekstdə İsrailin müdafiə büdcəsinin ehtiyaclarını öyrənən Nagel Komissiyası Tel-Əvivə hətta "Suriyada öz nüfuzunu artıran Türkiyə ilə birbaşa qarşıdurmaya hazırlaşmağı" məsləhət görüb.
Firudin Həmidli
Sahil İsgəndərov
AzVision.az