Gürcüstandan ermənilərin döyülməsinə REAKSİYA

Gürcüstandan ermənilərin döyülməsinə REAKSİYA
  22 İyul 2014    Oxunub:949
Tiflisdə Eçmiədzin kilsəsinin keşişinə hücumdan Ermənistan narahatlığını bildirib.
AzVision.az lent.az-a istinadən xəbər verir ki, Ermənistanın Xarici İşlər nazirliyinin sözçüsü Tiqran Balayan məsələ ilə bağlı bu gün mətbuat konfranı keçirib.

Onun sözlərinə görə, Gürcüstan rəhbərliyinin tərəfsiz və ətraflı istintaq aparacağını gözləyirlər.

Gürcüstanda erməni Apostol Kilsəsinin yaydığı bəyanatda qeyd edilib ki, iyulun 19-dakı olay erməni kilsəsinin yanında maşını saxlayan qadınla kilsəyə gələnlər və keşişlər arasında mübahisədən başlayıb.

Bundan sonra Tiflisinin 50-yə yaxın yerli sakini kilsənin yaxınlığında keşiş Manuk Zeynalyana hücum edərək, onu döyüb.

Gürcüstan tərəfi hadisənin etnik xarakterli olmadığın, adi məişət olay olduğunu bildirib.


Teqlər:  





Xəbər lenti