Bloomberg: "Polşa Prezidenti hökumətdən Netanyahu üçün zəmanət istəyir"

      Bloomberg:    "Polşa Prezidenti hökumətdən Netanyahu üçün zəmanət istəyir"
  09 Yanvar 2025    Oxunub:419
Polşa Prezidenti Andjey Duda ölkənin hökumət başçısı Donald Tuska məktub ünvanlayaraq, İsrailin Baş naziri Benyamin Netanyahunun Auşvitz həbs düşərgəsi ilə bağlı anım tədbirinə görə bu ölkəyə səfəri əsnasında "maneəsiz hərəkət"i üçün müraciət göndərib.
"Bloomberg" xəbər agentliyinin məlumatına görə, sözügedən tədbir bu ayın axırında baş tutacaq. Digər tərəfdən, ötən ay Polşa mətbuatı diqqətə çatdırmışdı ki, Netanyahu "Beynəlxalq Cinayət Məhkəməsinin onun barəsində Qəzzada hərbi cinayətlər törətmə iddiası üzrə həbs qərarına rəsmi Varşavanın riayət öhdəliyindən çəkinərək" tədbirə qoşulmayacaq.

Polşa Prezidenti Andjey Duda ölkənin Baş nazirinə məktubunda məhz bu məsələyə toxunaraq, İsrailin hökumət başçısının tədbirdə sərbəst iştirakına zəmanət istəyib.

"Məktuba əsasən, Duda hökuməti elə bir adekvat formul hazırlamağa çağırır ki, həm Benyamin Netanyahu həbsə alınmasın, həm də Polşanın beynəlxalq hüquqa hörməti yerinə yetirilsin", - agentlik yazır.

Hərçənd maraqlıdır ki, Netanyahunun ofisi onun anım tədbirinə çağırılmadığını bildirir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Polşa   İsrail   tədbir   həbs-qərarı  





Xəbər lenti