Tibetdə zəlzələ nəticəsində 60 mindən çox insan xəsarət alıb

Tibetdə zəlzələ nəticəsində 60 mindən çox insan xəsarət alıb
  09 Yanvar 2025    Oxunub:322
Tibetdə güclü zəlzələ nəticəsində xəsarət alan insanların sayı 61500-ə çatıb.
AzVision.az "TASS"a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 126 nəfər ölüb.

Tibetdə zəlzələ qurbanlarının sayı 100-ə çatıb
Bildirilib ki, 400-dən çox insan dağıntılar altından çıxarılıb. Fəlakət bölgəsində axtarış-xilasetmə işləri başa çatıb.

Xatırladaq ki, yanvarın 7-də səhər Tibetdə zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin gücü 7,1 bal olub. Çin Seysmik Mərkəzi təbii fəlakəti 6,8 bal gücündə qiymətləndirib. Zəlzələnin episentri Tibetin ikinci ən böyük məskunlaşmaı ərazi olan Şiqatse şəhərindən 163 km aralıda yerləşib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Tibet  





Xəbər lenti