Ekspertdən Elman Rüstəmova: `Buna son qoyulsun`

Ekspertdən Elman Rüstəmova: `Buna son qoyulsun`
  22 İyul 2014    Oxunub:1242
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) Sədri Vüqar Bayramov Mərkəzi Bankın İdarə Heyətinin Sədri Elman Rüstəmova müraciət edib.
AzVision.az xəbər verir ki, Vüqar Bayramov son günlər bankların ictimai təşkilatlara qarşı apardığı diskriminatlv siyasətə diqqəti çəkərək bildirib ki, İSİM-in əməkdaşlıq etdiyi yerli kommersiya bankının qəbul etdiyi daxili qərara əsasən 2014-cü ilin avqustun 1-dən etibarən qeyri-hökumət təşkilatları (QHT) üçün xidmət haqqlarının heç bir iqtisadi səbəb olmadan kəskin şəkildə artırmağı planlaşdırır. Cari hesabın aparılmasına görə aylıq xidmət haqqı 50 dəfə artırılaraq 100 manata (digər hesablar üzrə müvafiq olaraq 100 ABŞ dolları və 100 Avro) çatdırılır. Dünyanın bütün normal bankları vətəndaş cəmiyyəti üçün daha aşağı tariflər tətbiq etməklə vətəndaş cəmiyyətinin insitutlarının inkişafını stimullaşdırdığı halda sözügedən bank dünyada təsəvvürə belə gətirilməyən tariflər tətbiq etməklə bank sektoruda yeni bir mərhələnin əsasıni qoyur. Bu əslində, normal banklardan fərqli olaraq Azərbaycanda bir sıra banklarda hələ də korporativ sosial məsuliyyət mədəniyyətinin formalaşdırılmadığından xəbər verir. İSİM ABŞ-in məşhur Harvard və Penselvenia universitetlərinin qlobal reytinqində Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi elan edilib. Əslində KSM ənənəsi olan istənilən yerli bank belə beyin mərkəzləri ilə əməkdaşlıqdan qürur duymalı olduğu halda təəssüf ki, bank sözügedən beyin mərkəzi daxil olmaqla bütövlükdə QHT-lər ilə əməkdaşlıqda maraqlı görsənmir.

Tanınmış iqtisadçı bildirib ki, bu qərar müştərilərə yanaşmada diskriminasiyanın əsasını qoyur. Yalnız QHT-lərə yanaşmada belə yüksək tariflərin müəyyənləşdirilməsi birmənalı şəkildə diskriminativ addımdır. İkincisi, kommersiya bankın belə bir qərarı ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafını ciddi şəkildə əngəlləyə bilər ki, bu da Azərbaycanda həyata keçirilən islahatların fəlsəfəsinə uyğun gəlmir. Üçüncüsü heç bir iqtisadi əsas olmadan bir xidmət haqqının 50 dəfə artırılması süni tarifin (qiymət) müəyyənləşdirilməsi deməkdir və bu da Azərbaycan qanunvericiliyi ilə qadağan edilir.

Vüqar Bayramov sonda qeyd edib ki, bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq mövcud qanunvericiliyin imkanları daxilində sözügedən bank tərəfindən qəbul edilən diskriminativ və süni tarif artımına səbəb olan son qərarının ləğv edilməsinə təsir göstərməyinizi xahiş edirəm.

AzVision.az


Teqlər:  





Xəbər lenti