Slutski: "Litva prezidenti psixiatra müraciət etməlidir"

   Slutski:    "Litva prezidenti psixiatra müraciət etməlidir"
  10 Yanvar 2025    Oxunub:370
Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski diqqət çəkən açıqlamalar verib.
O, Litva prezidenti Gitanas Nausedanın Kalininqradın tarixi Litva şəhəri olması və ona Karalyauçus adı verilməsi barədə açıqlamasını sərt şəkildə tənqid edib. Slutski Nausedaya psixiatra müraciət etməyi tövsiyə edib.

Litva hökuməti istefa verdi
"Nausedanın fantom ağrıları və fantaziyaları ilə birgə hər hansı bir psixiatrla görüşməsi daha yaxşı olardı", - Slutski deyib.

Parlamentari Kalininqradın Rusiya Federasiyasının şəhəri olduğunu və bunun gələcəkdə də belə qalacağını söyləyib. Onun sözlərinə görə, bununla bağlı hər hansı eyham Rusiya dövlətinin ərazi bütövlüyünə qəsd sayılacaq və oxşar addımlar ağır nəticələrə gətibi çıxaracaq.

Qeyd edək ki, Nausedanın belə açıqlama verməsinə səbəb Çistye Prudı kəndində Kristijonas Donelaitis Memorial Muzeyinin adının dəyişdirilməsi olub. Litva lideri muzeyin adının dəyişdirilməsi qərarı ilə razılaşmadığını bildirib. O, Litva mədəniyyətinin Rusiya bölgəsində yoxa çıxan izlərini qorumağa çağırıb və həmçinin bildirib ki, “Karalyauçius heç vaxt Kalininqrad olmayacaq”.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Litva  





Xəbər lenti