AzVision.az ÜİRÖM-in rəsmi saytında dərc olunan hesabata istinadən xəbər verir ki, rəyi soruşilanların 75%-i Rusiya prezidenti Valdimir Putinin fəaliyyətini dəstəkləsə də, 16,7% vətəndaş bundan narazıdır.
Sorğunun nəticələrinə əsasən, respondentlərin 77,1%-i Rusiya prezidentinə inanır, 18,7%-i isə ona etimadsızlıq nümayiş etdirir.
“ÜİREM-Sputnik” təşəbbüsü ilə ümumrusiya sorğusu dekabrın 23-dən 27-dək 18 yaşdan yuxarı 1,6 min rusiyalı arasında aparılıb. Sorğu metodu mobil nömrələrin bir əsaslı təsadüfi nümunəsindən istifadə olunmaqla telefonla müsahibəsi şəklində olub. Seçim Rusiya Federasiyası ərazisində istifadə edilən mobil telefon nömrələrinin tam siyahısına əsaslanır.
Qeyd edək ki, bu arada Rusiyanın müxalif “Meduza” portalı mötəbər mənəblərə istinadən ölkə elitalarının sıralarında prezident Vladimir Putinin “döyüşkənlik ruhu”ndan narazılığın artdığını iddia edib. ÜİRÖM-in sorğusunun nəticələrini və “Meduza”nın iddiaların müqayisə etdikdə sadə rusiyalılarla elitaların təmsilçilərinin Vladimir Putinə münasibətlərinin üzt-üstə düşmədiyi təsəvvürü yaranır.
Sahil İsgəndərov
AzVision.az