"Yeni konstitusiyanın mətni seçkilərə qədər hazır olacaq" - Erməni nazir

   "Yeni konstitusiyanın mətni seçkilərə qədər hazır olacaq"    - Erməni nazir
  14 Yanvar 2025    Oxunub:414
"Yeni konstitusiyanın mətni 2026-cı il seçkilərinə qədər hazır olmalıdır".
"News.am"ın yaydığı məlumata görə, bunu Ermənistanın ədliyyə naziri Srbui Qalyan deyib.

Ötən ilin yekununa həsr olunmuş mətbuat konfransında çıxış edən nazir qeyd edib ki, mətnin hazırlanması rəhbərlik etdiyi qurumun prioritet vəzifəsidir.

"İrəvan Kremlin səbr kasasını daşırır" - Ermənistan mediası
Qalyan iddia edib ki, konstitusiya dəyişikliyinin sülh prosesi ilə heç bir əlaqəsi yoxdur. Çünki "məxməri inqilab"dan dərhal sonra yeni Konstitusiya məsələsi qaldırılmışdı.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən ilin yanvarın 18-də Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə bəyan etmişdi ki, ölkəyə mövcud parlament idarəetmə formasını saxlamaqla yeni konstitusiya lazımdır. O, bunun zəruriliyini dünyada, regionda və Ermənistanda baş verən dəyişikliklərlə izah edib.

Qeyd edək ki, Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistanın öz konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarını aradan qaldırmaq üçün dəyişikliklər etməli olduğunu bəyan edib. Tələblər sırasında İrəvanın Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməsi, Ağrı dağının əksinin gerb və digər dövlət əhəmiyyətli rəmzlərdən çıxarılması da var.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Konstitusiya  





Xəbər lenti