Solomon adalarında 5,9 bal gücündə zəlzələ qeydə alınıb

Solomon adalarında 5,9 bal gücündə zəlzələ qeydə alınıb
  16 Yanvar 2025    Oxunub:303
Solomon adalarına məxsus Santa-Krus arxipelaqının sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

Solomon adalarında güclü zəlzələ baş verib
Bildirilib ki, zəlzələnin episentri adanın qərb hissəsində, sahildən təxminən 3 km aralıda olub. Zəlzələnin ocağı 50 kilometr dərinlikdə yerləşib.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,7 bal qiymətləndirib. Məlumata görə, zəlzələnin episentri 48,1 km dərinlikdə, ocağı isə Nendo adasının sahillərindən təxminən 17 km cənub-şərqdə, Mərcan dənizinin sularında yerləşib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:   Solomonadaları   zəlzələ  





Xəbər lenti