E.Vəliyevin sözlərinə görə, “Murov” Ekstremal İdman Klubunun idmançıları səfər və yürüşlər zamanı təmsil etdikləri klubun bayrağı ilə yanaşı, Azərbaycanda dövlətçiliyin gücləndirilməsi istiqamətində gördüyü işlərə görə və xalqa qüsursuz xidmətlərini dəyərləndirərək “ASAN xidmət” mərkəzinin bayrağını da bütün zirvə yürüşündə olduğu kimi Savalan və Dəmavənd yürüşlərində də dalğalandırıblar.
Savalan və Dəmavənd zirvə yürüşlərində missiyanı “Murov” Ekstremal İdman Klubunun fəal üzvlərindən ATU Onkologiya kafedrasının müəllimi, cərrah-uroloq Vasif İsmayıl, eləcə də, klubun rəhbəri Emil Vəliyev, klub İdarə Heyətinin üzvləri Xəyyam Əsgərov və Rusif Bağırov həyata keçiriblər.
Sonda E. Vəliyev səfər zamanı yürüş iştirakçılarının qısa vaxt ərzində gömrük sərhəd-keçid məntəqəsindən daha rahat və surətli keçmələrinə şərait yaradıldığı üçün Azərbaycan Respublikası Astara Gömrük sərhəd-keçid məntəqəsinin rəhbərliyinə və əməktaşlarına, eyni zamanda Savalan və Dəmavənd zirvə yürüşlərində rəhbərlik edən və dostluqlarını əsirgəməyən Meşkin Dövlət dağçısı olan Ali Kərimiyə və Zəncan Alpine Clubdan olan Ayaz Səidzadeh, Yaser Ceferi və Hamid Alipur bəyə dərindən təşəkkürünü bildirib.