Kanadanın Ukrayna əsilli siyasətçisi Trampa tarixi zərbə vəd etdi

   Kanadanın Ukrayna əsilli siyasətçisi    Trampa tarixi zərbə vəd etdi
  20 Yanvar 2025    Oxunub:406
Ukrayna əsilli siyasətçi, Kanadanın baş naziri postuna namizəd olan Xristia Friland özünü ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla mübarizə aparacaq ən yaxşı namizəd adlandırıb. O, seçki kampaniyasına rəsmən başlayıb.
Bu fikirlər "Bloomberg"də dərc olunan məqalədəndir.

Kanada ABŞ-la ticarət “savaşı”na hazırlaşır
Qeyd edilib ki, kampaniya çərçivəsində tərəfdarları ilə görüş keçirən Friland son siyasi prosesləri xatırladaraq ölkəsi üçün layiqli addımlar atacağına söz verib. Bura ABŞ-yə iqtisadi təzyiq göstərmək üçün nəzərdə tutulmuş cavab tədbirləri də daxildir.

Siyasətçi deyib ki, əgər ABŞ Kanadanı "vursa", Ottava buna sərt cavab verəcək.

Friland amerikalıları əmin edib ki, bu, ABŞ-nin indiyə qədər üzləşdiyi ən böyük ticarət zərbəsi olacaq. Siyasətçi cavab tədbirinin adını "dolara görə dollar" adlandırıb.

Agentliyin məlumatına görə, Frilandın çıxışı Fələstin tərəfdarı olan etirazçılar tərəfindən dəfələrlə kəsilib. Hətta etirazçılardan biri qısa müddətə səhnədə Fələstin bayrağını da qaldırıb: "Daha sonra bir jurnalistin təzyiqlərinə məruz qalan siyasətçi Qəzza zolağında elan olunan atəşkəs rejiminə "ehtiyatlı şəkildə nikbin" yanaşdığını söyləyib".

“Bloomberg” nəşri bir neçə gün öncə də oxşar mövzuda məqalə dərc edərək Kanadanın ABŞ-la ticarət “savaşı”na hazırlaşdığını yazmışdı. Məqalədə qeyd edilirdi ki, əgər ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanada mallarına gömrük tariflərini qaldırsa, Ottava Amerika mallarına rüsumu artıracaq. Kanada tərəfi təxminən 105 milyard ABŞ dolları dəyərində rüsum nəzərdə tutulan malların siyahısını da tərtib edib.

Xatırladaq ki, ABŞ-nin yeni prezidenti Donald Tramp seçkilərdə qalib gələndən bir müddət sonra Kanada haqqında qalmaqallı açıqlamalar verdi. O, qonşu ölkəni ABŞ-yə birləşdirmək iddiasında olduğunu gizlətməyib. Bu da azmış kimi, siyasətçi Ottavanı Kanada mallarına 25 faiz rüsum tətbiq etməklə hədələyib. Ağ Ev rəhbəri bu təhdidini Ottavann ticarət və immiqrasiya məsələlərini həll edə bilməməsi ilə əsaslandırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Kanada   ABŞ   Seçki   Ticarət  





Xəbər lenti