Tramp: “ABŞ “TikTok”-un aktivlərinin yarısını alacaq”

      Tramp:    “ABŞ “TikTok”-un aktivlərinin yarısını alacaq”
  20 Yanvar 2025    Oxunub:376
Qısa videoların yaradılması və baxılması platforması olan "TikTok" ABŞ-yə qayıdır və onun aktivlərinin yarısı Amerikaya məxsus olacaq.
AzVision.az bildirir ki, tərəfdarları üçün Vaşinqtonda keçirilən mitinqdə belə bəyanat verən ABŞ-nin yeni prezidenti Donald Tramp, beləliklə, Amerikanın heç bir risk ehtiva etməyən birgə müəssisəyə sahib olacağını vurğulayıb.

“TikTok bu gündən geri qayıdır. Mən onlara dedim ki, xidmətin ABŞ-də işləməsini təsdiq edəcəyəm, lakin siz TikTok-un 50%-ni ABŞ-yə verirsiniz. Bu yolla onların ABŞ-də tərəfdaşı olacaq, sərmayə qoymaq istəyən çoxlu insan olacaq. ABŞ birgə müəssisəyə investisiya qoymayacaq. Bizim edəcəyimiz tək şey onlara icazə verməkdir ki, bunsuz da onların heç nəyi olmayacaq”, - Tramp deyib.

Vaşinqton “Çin rəqsi”ni dayandırdı
Qeyd edək ki, bazar günü gecə ABŞ-də xidmət tamamilə fəaliyyətini dayandırdı, TikTok Apple tətbiqlər mağazasından yoxa çıxdı. Bu gün səhər isə Donald Tramp bildirib ki, andiçmə günü, yanvarın 20-də ölkədə “TikTok”-a qoyulan qadağanı təxirə salmaq üçün sərəncam verəcək.

O, həmçinin texnoloji şirkətlərdən xidməti davam etdirməyi xahiş edib və onun imzsalayacağı sənədin fərman verilənə qədər heç bir şirkətin “TikTok”-un işləməsinə cavabdeh olmayacağını təsdiqləyəcəyini açıqlayıb. Qadağanın müddəalarına görə, Ədliyyə nazirliyi şirkətlərdən hər bir istifadəçi üçün 5 min dollara qədər cərimə toplamaq hüququna malikdir. “Tik-Tok” platformanın isə ABŞ-dəki auditoriyası 170 milyon istifadəçidən ibarətdir.

Xidmətin fasiləsi təxminən 12 saat davam edib - yanvarın 19-da ABŞ-nin Şərqi Sahil vaxtı ilə günorta saatlarında ABŞ-nin Şərqi Sahil vaxtı “TikTok”-a giriş bərpa olunub.
“TikTok”-un ABŞ-də bloklanması prezident Co Bayden tərəfindən 2024-cü ildə imzalanan qanunla əlaqədardır. Bu qanuna əsasən, Çinin “ByteDance” korporasiyası qadağadan qaçmaq üçün yanvarın 19-dək “TikTok”-u ABŞ şirkətinə satmalı idi. Qadağanın operatorun texnoloji tərəfdaşları üçün cərimələrə səbəb olmayacağına dair Bayden administrasiyasından dəqiq zəmanət almadığı təqdirdə, Çin şirkəti yanvarın 19-da platformanın ABŞ-də fəaliyyətini dayandıracağını bildirmişdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:  





Xəbər lenti