Orucu pozduğuna görə 5 nəfər şallaqlandı

Orucu pozduğuna görə 5 nəfər şallaqlandı
  22 İyul 2014    Oxunub:1345
Beş İran vətəndaşı ölkənin qərbində yerləşən Kirmanşah şəhərində Ramazan orucunu pozduqlarına görə camaatın gözü qarşısında şallaqla döyülüb.
İranın Mehr agentliyinin xəbərinə görə, Kirmanşah vilayəti prokurorunun müavini Əli Əşrəf Kərəmi bəyan edib ki, bu şəxslər oruc saatlarında hamının qarşısında qida qəbul etdiklərinə görə şallaq cəzasına məhkum ediliblər.

Kərəmi əlavə edib ki, hökm şəhərin dörd müxtəlif rayonunda yerinə yetirilib.

Ramazan ayında oruc tutmaq müsəlmanların dini borcu hesab edilir.

İyulun 13-də İran KİV İranın cənubunda yerləşən Şiraz şəhərində iki kişi Ramazan orucunun pozduqlarına görə şallaqla döyüldüklərini xəbər vermişdi.

Ölkənin Fars vilayətinin polis rəisi Əhməd Əli Qudarzi deyib ki, kişilərin hər birinə 80 şallaq vurulub.

Qudarzinin sözlərinə görə, Ramazan ayı zamanı ictimai yerlərdə qida qəbul etmək islam qanunlarına görə cinayət hesab olunur (Trend).


Teqlər:  





Xəbər lenti