WSJ: “Andiçmə mərasimində Tramp inqilaba çağıracaq”

      WSJ:    “Andiçmə mərasimində Tramp inqilaba çağıracaq”
  20 Yanvar 2025    Oxunub:453
ABŞ-nin yeni prezidenti Donald Tramp andiçmə mərasimində çıxışı zamanı ən aktual milli problemlərə toxunacaq və onların həlli variantlarını təklif edəcək.
AzVision.az xəbər verir ki, Donald Trampın nitqindəki tezislərə istinad edən “The Wall Street Journal (WSJ)” nəşrinin yazdığına görə, Tramp xüsusilə “sağlam düşüncə inqilabına” çağırmaq niyyətindədir.

“WSJ” gələcək prezidentin tariflər, kütləvi miqrasiya ilə mübarizə və hökumətdəki məmurların sayının ixtisarı ilə bağlı planlarını xatırladır.

“Mən prezidentliyə belə bir əminliklə və nikbinliklə qayıdıram ki, biz milli uğurun yeni dövrünün başlanğıcındayıq. Dəyişiklik ölkəni əhatə edir”, – qəzet Trampın çıxışından sitat gətirir.

Bundan əvvəl jurnalistlər onun vəzifəyə başladığı ilk gündə 100-ə yaxın fərman imzalamaq niyyətində olduğunu yazmışdılar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   andiçmə   inqilab  





Xəbər lenti