Onun "Süd yolu" qalaktikasından 32 dəfə böyük olduğu iddia edilir.
Bir də 144 il sonra: "Planetlərin paradı" başlayacaq |
Radioqalaktikalar milyonlarla işıq ili boyu uzanan isti plazma reaktivləri yayan kosmik obyektlərdir. Yalnız radiotezliklərdə görünən bu reaktivlərin qalaktikaların mərkəzlərindəki superkütləyə malik qara dəliklər tərəfindən yaradıldığı ehtimal edilir. Bununla belə, "İnkathazo" görünüşünə görə digər oxşar obyektlərdən seçilir.
Qeyd edək ki, "Süd yolu" bizim qalaktikadır. Bütün gördüyümüz ulduzlar bu qalaktikada yerləşir. Müxtəlif hesablamalara görə qalaktikamızda 200 milyardan 400 milyardadək ulduz mövcuddur. "Inkathazo"nun bizim qalaktikadan 32 dəfə böyük olması onun heyrətamizliyindən xəbər verir.
Xatırladaq ki, bu günlərədə beynəlxalq astronomlar qrupu ALMA radioteleskopu vasitəsilə CGG-z4 adlı yeni yığcam qalaktikalar qrupunu kəşf etmişdilər. Bu qrupa infraqırmızı diapazonda demək olar ki, görünməyən iki "qaranlıq" qalaktika da daxildir. Araşdırma nəticəsində məlum olub ki, qalaktika qrupundakı ulduzların kütləsi təxminən 100 milyard günəş kütləsinə bərabərdir.
Tural Tağıyev
AzVision.az