Qrenlandiya ÜTT-yə daxil olmaq istəyir

Qrenlandiya ÜTT-yə daxil olmaq istəyir
  22 Yanvar 2025    Oxunub:298
Rəsmi şəkildə Danimarkanın nəzarətində olan Qrenlandiya və Farer adaları Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmağı palnalşdırırlar.
AzVision.az xəbər verir ki, Qrenlandiyanın hökumət koalisiyasına daxil olan partiyalardan birinin deputatı Siumut Kuno Fenker belə açıqlama səsləndirib.

“Əgər biz nədə isə bacarıq qazanırıqsa, Farer adaları bunu edir, onlar bunu edirsə, biz də edirik”, - qrenlandiyalı parlamentari deyib.

Trampa görə Danimarkanın gerbi dəyişdirildi
Yanvarın əvvəlində Farer adaları ÜTT-yə daxil olmaq proseduruna başlamağı planlaşdırdıqlarını Danimarkaya rəsmən elan ediblər.

Bundan əvvəl isə Danimarka kralı X Frederik ABŞ-nin yeni prezidenti Donald Trampın bəyanatları fonunda ölkənin gerbindən üç tacın çıxarılmasına, eləcə də regionların təyinatının ayrıca vurğulanmasına göstəriş verib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Qrenlandiya   ÜTT  





Xəbər lenti