"Dünən İsrail əsgərlərinin Qəzzada bir fələstinlini güllələməsi ilə bağlı video yayılıb. Bu açıq-aşkar pozuntudur, amma atəşkəsin mühafizəsinə cavabdeh ABŞ-dən hər hansı tənqid eşitmədik. Odur ki atəşkəsin ilk mərhələsi başa çatar-çatmaz meydana gələsi hər hadisəyə diqqətlə yanaşmalıyıq. Belə görünür ki, İsrailin müharibəyə təzədən başlamaq niyyətindədir", - mütəxəssis söyləyib.
O, İsrail-HƏMAS müharibəsinin yenidən başlayacağı təqdirdə ABŞ-nin İsrailə artıq hər hansı dəstək verməyəcəyini diqqətə çatdırıb.
"ABŞ Prezidenti Donald Tramp andiçmə mərasiminin ardınca açıq-aşkar bildirdi ki, bu onların (İsrail və HƏMAS-ın - red.) müharibəsidir. Bu ifadəni müəyyən mənada ABŞ-nin "əllərini yuyub meydandan çəkilməsi"nə dair bəyanat kimi başa düşdüm", - Əl-Misri vurğulayıb.
Tramp: "Qəzzada atəşkəsin davamlı qalacağına əmin deyiləm" |
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən gün Ağ Evin Oval Ofisində sərəncamlar imzalayarkən jurnalistlərdən birinin "Qəzzada atəşkəs rejimini qoruyub saxlaya biləcəyinizə əminsinizmi?" sualına:
"Düzü, əmin deyiləm ki, Qəzza zolağında atəşkəs və əsir mübadiləsi üzrə razılaşma hər üç mərhələdə qüvvədə qalacaq. Bu bizim yox, onların müharibəsidir. Əmin deyiləm, ancaq düşünürəm ki, hər iki tərəf çox zəifləyib", - cavabını verib.
Firudin Həmidli
AzVision.az