Qətərin Baş naziri: "Atəşkəs üzrə növbəti danışıqlar tezliklə başlamalıdır"

      Qətərin Baş naziri:    "Atəşkəs üzrə növbəti danışıqlar tezliklə başlamalıdır"
  22 Yanvar 2025    Oxunub:254
"Zənnimcə, Qəzza zolağında İsrail ilə Fələstinin HƏMAS qruplaşması arasında atəşkəv və əsir mübadiləsi sazişinin ikinci mərhələsi üzrə danışıqlara tezliklə, hətta son tarixdən (ilk mərhələnin 16-cı günündən - red.) qabaq başlamaq lazımdır".
Bu sözləri Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Al Sani İsrailin "Walla" xəbər saytına açıqlamasında dilə gətirib. O diqqətə çatdırıb ki, danışıqların davamı məqsədilə İsrailin xarici kəşfiyyat xidməti "Mossad"ın rəhbəri Devid Barnea ilə bu həftə görüşməyi planlaşdırır.

Digər tərəfdən, İsrail tərəfinin adı gizli saxlanılan rəsmi nümayəndəsi Qətərin çağırışını dəstəkləyib.

"16-cı gündən qabaq danışıqlara başlamaq məqbuldur. Nəzərə alsaq ki, ilk mərhələ üzrə danışıqlar neçə ay çəkib, deməli, ikinci mərhələdə razılığın baş tutması da xeyli vaxt apara bilər", - o, sayta bildirib.

İsrailin nümayəndəsi həmçinin vurğulayıb ki, postmüharibə dövründə Qəzzanın idarəsinin HƏMAS terrorçularına ötürülməsi "tamamilə yolverilməzdir".

"Misir son həftələrdə Fələstin fraksiyaları ilə birgə Qəzzanın potensial idarəçisi kimi "mülki komitə" yaratmaq üzərində işləyir", - "Walla" xəbər saytı yazır.
Politico: "Tramp hökuməti Qəzzada atəşkəsi qorumağa çalışır"

Məlumat üçün bildirək ki, ABŞ, Qətər və Misir ötən ilin 7 oktyabrında başlayan İsrail-HƏMAS müharibəsinin həlli üzrə danışıqların əsas vasitəçiləridir. "Politico" onlayn qəzetinin xəbərinə görə, ABŞ də tərəflər arasında atəşkəs və əsir mübadiləsi sazişinin ikinci mərhələsinə hazırlaşır. ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Volts və Dövlət katibi Marko Rubio danışıqların aparıcıları kimi göstərilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qətər   ABŞ   Qəzza   atəşkəs   danışıqlar  





Xəbər lenti