Türkiyə son həftədə 69 terrorçunu zərərsizləşdirib - VİDEO

   Türkiyə son həftədə 69 terrorçunu zərərsizləşdirib -    VİDEO
  23 Yanvar 2025    Oxunub:337
Türkiyə Silahlı Qüvvələri ölkə daxilində, habelə İraq və Suriyanın şimalında son bir həftə ərzində 69 terrorçunu zərərsizləşdirib.
Türkiyənin Müdafiə Nazirliyinin məlumatına görə, cari ilin əvvəlindən bəri zərərsizləşdirilən PKK terrorçularının sayı 221-ə (64-ü İraqda, 157-si Suriyada) çatıb.

Xatırladaq ki, yanvarın 8-də yerli mətbuatda yayılan məlumata görə, Türkiyə Bəşər Əsəd rejiminin devrilməsi nəticəsində Suriyanı şimal-şərqində daha da qızışan PKK terror təşkilatına mənsub kürd separatçılarına qarşı genişmiqyaslı əməliyyat keçirmək üzrə hazırlıq işləri görür.
Türkiyə və Suriya birgə hərbi əməliyyata başlayır

"Terrorçular silahı yerə qoymayıb Qərbin dəstəyi ilə rəsmi muxtariyyət almağa cəhd göstərsələr, Türkiyənin Suriya ilə birgə onlara qarşı genişmiqyaslı hərbi əməliyyatı qaçılmaz olacaq", - xarici işlər naziri Hakan Fidan gözlənilən əməliyyat barədə bildirmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   terrorçular   əməliyyat  





Xəbər lenti