Ermənilər qorxuya düşüb

Ermənilər qorxuya düşüb
  23 İyul 2014    Oxunub:893
"Ermənistan üçün Rusiya silahının Bakıya satışı qəbuledilməzdir".
AzVision.az məlumatına görə, bu haqda jurnalistlərlə söhbətdə Ermənistanın baş naziri Ovik Abramyan bildirib.

Hökumət başçısı qeyd edib ki, buna baxmayaraq İrəvan anlayır ki, Moskvanın öz ticarət maraqları var.

Latın Amerikasına rəsmi səfərin gedişatında Ermənistan prezidenti Serj Sarkisyanın Rusiya silahının satışı faktı ilə əlaqədar Azərbaycanı tənqid etməsi barədə suala Abramyan cavab verib ki, belə qısa fikirlə razı deyil və tənqid nisbi anlayışdır.

Baş nazir "Avrasiya İqtisadi İttifaqına Azərbaycanın daxil olmasını mümkün hesab edirmi?" sualını Abramyan belə cavablandırıb: "Bu məsələ müzakirə edilmir".

Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan Argentinanın "La Nacion" nəşrinə müsahibəsi zamanı Rusiya silahının Bakıya satışını şərh edərək bunları bildirib: "Bizim üçün bu, çox ağrılı mövzudur və bizim xalqımızı bu fakt çox narahat edir ki, bizim strateji müttəfiqimiz silahı Azərbaycana satır. Amma mən əminəm ki, Ermənistanın gücü və bacarığı öz sərhədlərini qorumaq üçün çatacaq . Baxmayaraq ki, Rusiya Bakıya silahını satır, mən şübhə etmirəm ki, bizim üçün çətin dəqiqədə Rusiya öz üzərinə götürülmüş öhdəlikləri yerinə yetirəcək". (anspress)


Teqlər:





Xəbər lenti