`Qarabağ` Çempionlar Liqasında növbəti mərhələdə

`Qarabağ` Çempionlar Liqasında növbəti mərhələdə
  23 İyul 2014    Oxunub:1208
Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Azərbaycanı turnirdə təmsil edən Ağdamın “Qarabağ” komandası Maltanın “Valletta” komandası ilə qarşılaşıb.
AzVision.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunun baş hakimi belaruslu S.Tsinkeviç olub. Ona həmyerliləri Y.Ramanau və V.Maliutsin kömək ediblər.

“Qarabağ”ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Admir Teli, Ansi Agolli, Bədavi Hüseynov, Reynaldo, Danilo Dias, İlqar Qurbanov, Riçard Almeyda, Leroy Corc, Çumbinyo yer alıblar.
“Valletta”nın heyətində isə oyuna Nikolas Vella, Conatan Karuana, İan Atsopardi, Luk Dimek, Rayan Fenek, Uqo Fariya, Roderik Briffa, Şon Bayada, Abdelkarim Nafti, Latif Elford-Alliyu, İan Zammi çıxıb.

Qarşılaşma “Qarabağ” komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda qolları 15-ci dəqiqədə Reynaldo, 48-ci dəqiqədə Çumbinyo, 56-cı dəqiqədə Danilo Dias və 80-ci dəqiqədə Leroy Corc vurublar. Görüşün 19-cu dəqiqəsində “Valletta” komandasının futbolçusu Conatan Karuana qırmızı vərəqə alıb.
Beləliklə, Ağdamın “Qarabağ” komandası Maltanın “Valletta” klubuna qalib gələrək Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, təmsilçimiz Malta klubu ilə səfərdə keçirilən ilk oyunda 1:0 hesabı ilə qələbə qazanıb.

Ağdam təmsilçisinin üçüncü təsnifat mərhələsindəki rəqibi Avstriyanın “Zalsburq” klubu olacaq.


Teqlər:  





Xəbər lenti