Təyyarəni ruslar vurmayıb – ABŞ kəşfiyyatı

Təyyarəni ruslar vurmayıb – ABŞ kəşfiyyatı
  23 İyul 2014    Oxunub:865
ABŞ kəşfiyyatının yaydığı məlumata görə, Ukraynada qəzaya uğrayan təyyarənin Rusiya tərəfindən vurulmasına dair birbaşa sübutlar yoxdur.
Bu barədə AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir.

ABŞ kəşfiyyatının məlumatlarına əsasən, separatçılar sərnişin təyyarəsini SA-11 “yer-səma” raketi vasitəsilə vurublar. ABŞ rəsmiləri Rusiyanın hələ də tank və raketlər də daxil olmaqla Donbassdakı yaraqlılara silah çatdırdığını xatırladıb. Lakin onlar sərnişin təyyarəsinin vuran raketin buraxılmasında rusların iştirak edib-etmədikləri barədə məlumata malik olmadıqlarını bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti