Metro vaqonlarımız belə olacaq - FOTOLAR

Metro vaqonlarımız belə olacaq - FOTOLAR
  23 İyul 2014    Oxunub:1274
Bakı Metropolitenində köhnə vaqonlar təmir olunacaq.
Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, artıq Bakı Metropolitenindəki köhnə vaqonların tam yenidən qurulmasına başlanılıb: "Bakı Metropoliteninin vaqon parkında 266 vaqon var. Hər bir vaqonun istismar müddəti olur. Bizdə istismar müddətini başa vurmuş vaqonlar yoxdur. Amma onlar mütəmadi olaraq cari və əsaslı təmirdən keçməlidir. Bu il hər birində 5 vaqon olmaqla 3 qatar tam modernizasiya olunub. Onlardan biri artıq sınaq yürüşündədir. Bir neçə gündən sonra tam istifadəyə veriləcək".
N.Paşayev qeyd edib ki, vaqonlar Rusiya vaqon təmiri zavodlarından birinin Tbilisidəki filialına göndərilir. Orada isə vaqonlar demək olar ki, tam yenilənir: "Orada köhnə vaqonların yalnız korpusu qalır, qalan bütün hissələri dəyişdirilərək tamamilə yenidən qurulur. Vaqonlar ən xırda detalınadək yenilənir. Kabellər, şuruplar, idarəetmə pultu, maşinist lövhəsi, lampalar, oturacaqlar, şüşələrinə qədər hər şey dəyişdirilir. Yəni demək olar ki, artıq tam yeni vaqon olur".

Bundan əlavə, "Bakı Metropoliteni" QSC-nin yeni vaqonların alınmasına dair fransız şirkətləri ilə mövcud anlaşma memorandumu əsasında bununla bağlı yaxın zamanlarda müvafiq müqavilə də imzalanacaq.(trend)

Qalereya




Teqlər:  





Xəbər lenti