Pan Gi Mun Həmasa müraciət etdi

Pan Gi Mun Həmasa müraciət etdi
  23 İyul 2014    Oxunub:969
İsrailin paytaxtı Təl-Əvivdə baş nazir Benyamin Netanyahu ilə BMT-nin baş katibi Pan gi Munun birgə keçirdiyi mətbuat konfrasında Qəzza böhranı müzakirə olunub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pan Gi Mun Həmas hökumətindən tələb edib ki, məktəblər, xəstəxanalar və digər binalardan hərbi məqsədlə istifadə etməsin.

Pan Gi Mun hər iki tərəfə müraciət edərək onları müharibəni dayandırıb danışıqlara başlamağa çağırıb. O həmçinin qeyd edib ki, hər hansısa ölkənin ərazisinə raket atılmağı qəbuledilmzədir.
Netanyahu isə bildirib ki, beynəlxalq ictiamiyyətin atəşkəs səylərinin boşa çıxmağının günahkarı Həmasdır: “Həmas Əl-Qaidə kimidir və layiq olduğu münasibəti görməlidir”.

Qeyd edək ki, Qəzzada iyulun 8-dən bu günədək davam edənhərbi əməliyyatlarda ölən fələstinlilərin sayı 600-ə çatıb. Yaralıların sayı isə 3640-dır.

İsrail tərəfdən isə bu günədək 29 nəfər həlak olub ki, onlardan 27-i əsgərdir.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti