Fransaya qarşı sanksiyalar

Fransaya qarşı sanksiyalar
  23 İyul 2014    Oxunub:932
Avropa İttifaqı (Aİ) Fransaya qarşı sankiyalar tətbiq edə bilər.
Azvision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə belçikalı hərbi analitik Bernard Auqer bildirib.

Eksperin fikirincə, əgər rəsmi Paris “Mistral” gəmilərinin satılması üzrə müqavilə şərtlərini pozsa, yalnız iki milyard avro itirməyəcək, hətta Rusiyaya bir milyard dollar təzminatda ödəyəcəyək. Bu şərt Rusiya və Fransa arasında müqavilədə də var və heç bir sanksiya onun yerinə yetirilməsinə mane ola bilməz.

Fransa bunu yaxşı anlayır və ona görə də hərbi gəmiləri Rusiyaya satmaq niyyətindədir. Avropa ittifaqı isə qəti olaraq buna qarşıdıdır və hətta qurum fransaya qarşı sanksiyalarda tətbiq edə bilər.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti