Rusiyalı dünya çempionunun cəsədi tapılıb

Rusiyalı dünya çempionunun cəsədi tapılıb
  31 Yanvar 2025    Oxunub:277
Dalğıclar Vaşinqton səmasında təyyarə qəzasında həlak olan rusiyalı fiqurlu konki sürən Yevgeniya Şişkovanın cəsədini tapıblar.
AzVision.az xəbər verir ki, bu barədə onun qayınanası məlumat verib.

Şişkova və Naumov Rusiya komandasının tərkibində 1994-cü ildə Fiqurlu Konkisürmə üzrə Dünya Çempionatının qalibi olublar.

Kanzasdan uçan Bombardier CRJ700 təyyarəsi Vaşinqtonun Reyqan hava limanında 33-cü uçuş-enmə zolağına yaxınlaşarkən havada Sikorsky H-60 ​​helikopteri ilə toqquşub. American Airlines aviaşirkəti təyyarədə 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu bildirib. Helikopterin göyərtəsində ən azı üç hərbçi olub.

AzVision.az




Teqlər:





Xəbər lenti