Trampdan Paşinyana rədd cavabı gəlib

   Trampdan Paşinyana rədd cavabı gəlib
  01 Fevral 2025    Oxunub:351
Ermənistan hakimiyyəti Nikol Paşinyanla ABŞ prezidenti Donald Tramp arasında görüş təşkil etməyə çalışsa da, bu, baş tutmayıb.
AzVision.az xəbər verir ki, Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, görüşün təşkili cəhdlərinə Ermənistanın Xarici İşlər nazirliyinin bütün strukturları, Ermənistanın ABŞ-dakı səfirliyi cəlb olunub. Habelə, erməni əsilli nüfuzlu Amerika respublikaçılarından görüşün keçirilməsinə köməklik göstərilməsi xahiş edilib. Lakin heç bir nəticə əldə olunmayıb.

Qəzet onu da diqqətə çatdırıb ki, Vaşinqtondakı erməni icmasının bir çox üzvləri fevralın 3-də Paşinyanla görüşdə iştirakdan imtina ediblər.

Robert Menendes layiqli cəzasını aldı
Bu faktlar ifrat ABŞ-nin tarixən ermənipərəst mövqe sərgiləyən demokratlardan fərqli olaraq, respublikaçıların Cənub Qafqaz siyasətinə daha real mövqe sərgilədiyindən xəbər verir. İfrat ermənipərəst mövqe tutan və erməni əsilli arvadı olan keçmiş senator Robert Menendesin 11 il həbs cəzası alması ermənilərlə sövdələşmələrin nə qədər təhlükəli olduğu barədə ciddi xəbərdarlıqdır.

Belə ki, Azərbaycan və Türkiyəyə qarşı daim odlu-alovlu “ittihamlarla” çıxış edən Menendes məhkəmədə uşaq kimi ağlayaraq, korrupsiya əməllərinə görə arvadı Nadin Arslanyanı günahlandırıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Tramp   Paşinyan   rədd  





Xəbər lenti