Ərəblərin 84 milyonluq təklifi rədd edildi
"Əl-Nəsr" 25 yaşlı hücumçu üçün "mersisaydlılar"a 84 milyon avro təklif edib. Lakin "Liverpul" bu təklifə rədd cavabı verib.
İngiltərə klubu uruqvaylı futbolçunun heç bir məbləğə satılmayacağını bildirib. Nunesin özünün isə “Əl-Nəsr”a mümkün transferin detallarını müzakirə etməkdə maraqlı olduğu vurğulanır.
Darvin Nunes cari mövsüm bütün turnirlərdə 29 oyun keçirib , 6 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
AzVision.az
Teqlər: