Yaponiyanın Baş naziri Trampla görüşəcək

   Yaponiyanın Baş naziri Trampla görüşəcək
  04 Fevral 2025    Oxunub:260
Yaponiyanın Baş naziri Şiqeru İşibanın bu həftə ABŞ-yə səfəri çərçivəsində Prezident Donald Trampla görüşü planlaşdırılır.
Bu barədə Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Yoşimasa Hayaşi mətbuat brifinqində məlumat verib.

"Şərait imkan verərsə, Baş nazir İşiba fevralın 6-8-də ABŞ-yə səfərə yollanacaq və paytaxt Vaşinqtonda Prezident Donald Trampla ilk üzbəüz Yaponiya-ABŞ sammitini həyata keçirəcək", - katib bildirib.
Makron: "Aİ Trampın tarif müharibəsinə reaksiya verəcək"

Xatırladaq ki, Donald Tramp son günlər Kanada, Meksika və Çindən idxala əlavə rüsumlar qoyulması, tariflərin artırılması ilə əlaqədar verdiyi qərarlarla bütün dünyada etirazlar doğurub. Belə ki, adıçəkilən ölkələrdən əlavə Avropa İttifaqında, habelə ABŞ daxilində onun bu qərarlarına qarşı tədbirlər görülür. Yaponiya Baş nazirinin də ABŞ lideri ilə görüşündə sözügedən məsələyə toxunacağı istisna deyil.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Yaponiya   görüş   sammit  





Xəbər lenti