“Cənubi Afrika Respublikası özəl mülkiyyəti müsadirə edir. Həmrəylik, bərabərlik və davamlı inkişafın təşviqi üçün G20-dən istifadə edir. Başqa sözlə, müxtəliflik (transgenderlik), bərabərlik və iqlim dəyişikliyini dəstəkləyir. Mən vergi ödəyicilərinin pullarını israf etməli və ya antiamerikanizmə dəstək verməli deyiləm, Amerikanın milli maraqlarını yeritməliyəm”, - Marko Rubio vurğulayıb.
|
| USAID-in ən gülünc xərclərinin siyahısı açıqlanıb |
“İnsan hüquqlarının kütləvi şəkildə pozulması ən azı göz qabağındadır. ABŞ buna dözməyəcək, biz hərəkətə keçəcəyik!”, - ABŞ prezidenti vurğulayıb.
O, bu vəziyyətlə bağlı tam araşdırma tamamlanana qədər Cənubi Afrika Respublikasına hər hansı əlavə maliyyə dəstəyi ayrılmasını dayandıracağını vəd edib.
ABŞ-nin yeni administrasiyasının CAR-a qarşı irəli sürdüyü ittihamlara əslində bu və ya digər şəkildə USAİD-in fəaliyyəti ilə bağlı araşdırmalar kontekstində baxılmalıdır. Bu qurumun işini çox haqlı olaraq sərt şəkildə tənqid edən Ağ Ev administrasiyası onun fəaliyyətinin dayandırılması barədə qərar verib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


