Bəzi rayonlarda yağıntılı hava müşahidə olunur
![Bəzi rayonlarda yağıntılı hava müşahidə olunur Bəzi rayonlarda yağıntılı hava müşahidə olunur](https://azvision.az/photos/2025/02/56_picture-1738839236.jpg)
Şimal-qərb küləyi əsir. Sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Şamaxı, Gəncədə 18 m/s, Şahbuzda 17 m/s, Culfada 16 m/s-yə çatıb.
Sumqayıt, Qusar, Qrız, Daşkəsən, Göygöl, Şamaxı, Zaqatala, Qax (Sarıbaş), Şəki (Kişçay), Balakən, Qəbələdə duman müşahidə olunur. Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta qeydə alınıb.
AzVision.az