Azərbaycanlı hakimlər Macarıstanda beynəlxalq kursda iştirak ediblər

Azərbaycanlı hakimlər Macarıstanda beynəlxalq kursda iştirak ediblər
  06 Fevral 2025    Oxunub:320
Azərbaycanlı hakimlər Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təşkil olunan “2025-2028 qitələrarası hakimlik kursları”nda iştirak ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Kurslarda kişi idman gimnastikası üzrə hakimlərimiz Zəkəriyyə Muradlı və Eldar Səfərov təmsil olunub. Z.Muradlı kurs üzrə yekun imtahanla III, E.səfərov isə IV kateqoriyaya sahib olub.


Teqlər:





Xəbər lenti