İşıqlarını da ayırdılar

// Bugündən Baltikyanı ölkələr Avropanın enerji sisteminə qoşulur

   İşıqlarını da ayırdılar
  09 Fevral 2025    Oxunub:726
Bugündən Latviya, Litva və Estoniya elektrik təchizatı sxemini dəyişərək, Rusiya və Belarusla ortaq enerji halqasından çıxırlar. Hər 3 ölkənin enerji təminatı Polşanın vasitəsilə Avropanın “LitPol Link” sisteminə inteqrasiya olunacaq.
Avropanın enerji məkanına inteqrasiyanı qeyd etmək üçün Baltik ölkələrinin liderləri Litvaya gələcəklər. Keçirilən tədbirlərdə başda Ursula fon der Lyayen olmaqla Avropa İttifaqının rəsmiləri də iştirak edəcəklər.

Sabahdan Baltikyanı ölkələrin enerji sistemi rəsmən Mərkəzi Avropanın enerji sisteminin bir hissəsi olacaq.

Samir Quliyev
AzVision.az


Teqlər: Energetika   Baltikyanı  





Xəbər lenti