Dəhşətli təyyarə qəzası: 51ölü

Dəhşətli təyyarə qəzası: 51ölü
  24 İyul 2014    Oxunub:1121
“TransAsia Airways” şirkətinin sərnişin təyyarəsi Tayvanda qəzalı eniş edib, 51 nəfər insan həlak olub, yeddi nəfər yaralanıb.
Bu haqda “Taiwan News” xəbər verib.

ATR-72 turbovintli təyyarəsinin içində 54 sərnişin və dörd ekipaj üzvü olub. Təyyarə Penxu arxipelaqında Maqun şəhərinin aeroportunda yerə enməyə uğursuz cəhd edib. Pilotlar enmənin ikinci cəhdi haqqında xahiş ediblər, sonra hava gəmisi aviadispetçerlərlə əlaqəni itirib.

Bildirilir ki, təyyarə Xusı yaşayış məntəqəsində torpağa girib. Bu halda o, iki evə zərər vurub, hansılar ki, yanıblar. Evdə olanlardan itki alanlar barədə hələ məlumat yoxdur.

Twitter sosial şəbəkəsində təyyarənin “Transasia Airways” şirkətinə aid olduğu qeyd olunub.(Ans)




Teqlər:





Xəbər lenti