Zelenski seçkilərin əleyhinədir
![Zelenski seçkilərin əleyhinədir Zelenski seçkilərin əleyhinədir](https://azvision.az/photos/2025/02/ЩИЩЯ-1739176439.jpg)
“Bu gün seçkilər nə deməkdir? Mən onlardan qətiyyən qorxmuram. Sadəcə nə olacaq? Biz hərbi vəziyyətə son qoymalıyıq və ya hərbi vəziyyəti dayandırmalıyıq. Hərbi vəziyyəti dayandırsaq, ordumuzu itirəcəyik və prinsipcə, ruslar xoşbəxt olacaqlar. Döyüşün effektivliyi, ruh yüksəkliyi və s. məsələsi uduzur, və qanunla belə bir ordu saxlaya bilməzsiniz”, - Ukrayna lideri iddia edib.
Onun sözlərinə görə, ilk növbədə Rusiya belə bir ssenaridə maraqlıdır: bu halda onun əks-hücum hazırlamaq və Ukraynada hakimiyyətə “öz adamını”, “oyuncaq prezidenti” gətirmək şansı var.
Qeyd edək ki, Volodimir Zelenskinin prezidnetlik müddəti ötən ilin may ayında başa çatıb. Lakin ölkə qanunları hərbi vəziyyət zamanı hər hansı səsverməni qadağan edir. İctimai rəy sorğularına əsasən, Ukrayna əhalisinin əksəriyyəti hakimiyyətin seçki keçirməmək qərarını dəstəkləyir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Zelenski seçkilər əleyhinə