Mask daha bir şirkəti ələ keçirmək istəyir
![Mask daha bir şirkəti ələ keçirmək istəyir Mask daha bir şirkəti ələ keçirmək istəyir](https://azvision.az/photos/2025/02/MASK-1739254780.jpg)
Gözlənilməz təklif Sem Altmanın “OpenAI” platformasını inkişaf etdirmək, o cümlədən onu kommersiya qurumuna çevirmək və “Stargate” layihəsi vasitəsilə süni intellekt (Aİ) infrastrukturuna sərmayə qoymaqla bağlı strateji planlarını çətinləşdirir. Mask və Altman artıq şirkətin gələcəyi ilə bağlı hüquqi proseslərlə məşğuldurlar.
“OpenAI platformasını açıq mənbəyə, təhlükəsizlik və yaradılanda olduğu kimi ictimai xeyirə yönəlmiş məcraya qaytarmağın vaxtıdır”, - Mask Toberoffun vasitəsilə açıqlayıb.
“OpenAI” vəziyyətlə bağlı hələ ki, şərh verməyib.
Qeyd edək ki, Altman və Mask 2015-ci ildə qeyri-kommersiya təşkilatı olaraq “OpenAI”-ni təsis ediblər. 2019-cu ildə Mask getdikdən sonra Altman Microsoft və digər tərəfdaşlardan investisiya cəlb etmək üçün kommersiya bölməsinin yaradılması təşəbbüsünü irəli sürüb. O, hazırda bu strukturu tam kommersiya şirkətinə çevirmək üzərində işləyir.
Sahil İsgəndərov
AzVision.az