HƏMAS: "Trampın hədələrinin heç bir mənası yoxdur"

      HƏMAS:    "Trampın hədələrinin heç bir mənası yoxdur"
  11 Fevral 2025    Oxunub:452
"ABŞ Prezidenti Donald Tramp yadda saxlamalıdır ki, israilli əsirlərin azadlığa buraxılmalarının yeganə yolu İsrail və HƏMAS arasında atəşkəsə hörmətlə yanaşmaqdır".
Bu sözləri Fələstinin HƏMAS terror təşkilatının ali rütbəli sözçüsü Sami Əbu Zöhri "Reuters" xəbər agentliyinə açıqlamasında dilə gətirib. O vurğulayıb ki, tərəflərin artıq razılaşdırılmış sazişinə müdaxilə yolverilməzdir.

"Yalnız sazişin şərtləri qaydasınca yerinə yetiriləcəyi təqdirdə əsirlər öz evlərinə qayıda biləcəklər. Hədə-qorxu ilə danışmağın mənası yoxdur. Bu cür ritorika ə yalnız işləri çətinləşdirir", - o bildirib.
Trampın HƏMAS-dan sərt tələbi

Xatırladaq ki, Donald Tramp dünən HƏMAS-a qarşı "şənbə günü günortayadək bütün israilli əsirləri azadlığa buraxmaq" tələbini irəli sürüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   HƏMAS   tələb   cavab  





Xəbər lenti