HƏMAS İsraillə atəşkəsdən imtina etdi
HƏMAS lideri Xaled Maşəl bəyan edib ki, atəşkəs rejimi barədə saziş Qəzzanın blokadasının aradan qaldırılmasından sonra imzalanacaq: “HƏMAS bu gün atəşkəs rejimi barədə təklifdən imtina etdi və bundan sonra da eyni addımı atmaq niyyətindədir. Bu hal Qəzzaya tətbiq olunan blokada aradan qaldırılana qədər təkrarlanacaq”.
HƏMAS lideri eyni zamanda tərəflər arasında sülhün əldə olunması üçün beynəlxalq birliyin göstərdiyi səyləri alqışladığını bildirib.
Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib. Əməliyyatlar başlayandan bəri Qəzzada ölən fələstinlilərin sayı 600-ə çatıb. İsrail ordusunun isə 27 əsgəri öldürülüb.
Eldar Tanrıverdiyev
Teqlər: