Qarabağda yaşayan tələbələrin təhsil haqqını dövlət ödəyəcək
![Qarabağda yaşayan tələbələrin təhsil haqqını dövlət ödəyəcək Qarabağda yaşayan tələbələrin təhsil haqqını dövlət ödəyəcək](https://azvision.az/photos/2024/04/manat-1621836276-1711957195.jpg)
Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslər sırasına işğaldan azad edilən ərazilərdə məskunlaşan və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslər də daxil edilir.
Qüvvədə olan qanunvericiliyə əsasən işğaldan azad edilən ərazilərdə məskunlaşması nəzərdə tutulan əhaliyə münasibətdə peşə təhsili üzrə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinə dair hər hansı normativ tənzimləmə mövcud deyil.
Qeyd olunub ki, layihənin qəbulu nəticəsində işğaldan azad edilmiş ərazilərində məskunlaşmış Azərbaycan vətəndaşlarının təhsil haqlarının dövlət büdcəsi hesabına maliyyələşdirilməsini təmin edən hüquqi mexanizm formalaşdırılmış olacaq.
AzVision.az
Teqlər: