Venesueladan Qəzzaya humanitar yardım

Venesueladan Qəzzaya humanitar yardım
  24 İyul 2014    Oxunub:943
Venesuela prezidenti Nikolas Maduro bəyan edib ki, onun ölkəsi Qəzza sektoruna humanitar yardım göndərməyi planlaşdırır.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“Biz Qəzza sektoruna dərman pereparatları, ərzaq məhsulları, Venesuela xalqının sevgisini çatdırmaq üçün həmrəylik yükü toplayacayıq. Mən bizim ölkə ictimaiyyətini, ərəb və yəhudi icmalarını xarici işlər naziri Elias Xaua əlaqə saxlamağa çağırıram” –deyə, Maduro bildirib.

Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib. Əməliyyatlar başlayandan bəri Qəzzada ölən fələstinlilərin sayı 600-ə çatıb. İsrail ordusunun isə 27 əsgəri öldürülüb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti