Liviyada Rusiyanın hərbi bazaı olacaq?..

   Liviyada Rusiyanın hərbi bazaı olacaq?..
  13 Fevral 2025    Oxunub:332
Son aylarda Suriyanın özəl “Cham Wings” aviaşirkətinin uçuşları Suriya ilə Liviyanın Benqazi şəhəri arasında daha tez-tez baş verir.
AzVision.azxəbər verir ki, bu məqama diqqət çəkən Fransanın “Le Monde” qəzetinin yaydığına görə, “Cham Wings” aviaşirkətinin təyyarələrində Bəşər Əsəd ordusunun zabitləri Liviyaya qaçırdılar.

Ötən il dekabrın 8-də Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra Rusiya Suriya bazalarından Liviyaya qoşun və texnika daşımağa başlayıb. Xüsusilə, nəqliyyat Liviyanın cənub-şərqinə, Kirenaika və Fittssan bölgələrinə göndərilib. Bu ərazilər 81 yaşlı Xəlifə Haftar və onun oğullarının nəzarəti altındadır.

Suriyada rusiyalı hərbçilərin keçidinə icazə verməyib
“Le Monde” rus qoşunlarının ölkənin cənub-şərqində, Çad və Sudanla sərhədin yaxınlığında, əvvəllər tərk olunmuş edilmiş Maaten-əs-Sarra aerodromunu bərpa etdiyinə diqqət yetirir. Jurnalistlərin ehtimalına əsasən, Rusiya ordusu Liviyada Yaxın Şərqdəki əsas bazasını yaratmaqla məşğuldur.

Qeyd edək ki, iki gün əvvəl Suriyanın Müdafiə nazirliyi Rusiya hərbi müşaiyət karvanının Tartusdakı bazaya daxil olmasına icazə verməyib. Raketlərlə silahlanmış 30 maşından ibarət karvan Tartusdakı nəzarət-buraxılış məntəqəsində Suriyanın yeni hökumətinə tabe olan hərbçilər tərəfindən dayandırılıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   Liviya   baza  





Xəbər lenti