Zaxarova İrəvana növbəti dəfə məsləhət verib

   Zaxarova İrəvana növbəti dəfə məsləhət verib
  14 Fevral 2025    Oxunub:462
Ermənistan başa düşməlidir ki, Avropa İttifaqında (Aİ) və Avrasiya İqtisadi İttifaqında (Aİİ) qarşılıqlı fəaliyyətin qurulduğu tarif və normativ bazalar bir-birini istisna edir.
AzVision.az xəbər verir ki, Rusiyanın Xarici İşlər nazirliyinin Mətbuat və İnformasiya departamentinin direktoru Mariya Zaxarova brifinq zamanı İrəvanın Avropaya inteqrasiya istəyini şərh edərkən belə deyib.

“Məsələ siyasi üstünlüklərdə yox, Aİ və Aİİ-də qarşılıqlı fəaliyyətin qurulduğu bütün tənzimləyici bazaların və tarif sistemlərinin bir-birini istisna etməsindədir”, - rusiyalı məmur bildirib.

Moskva Ermənistanı seçim etməyə çağırıb
Zaxarovanın sözlərinə görə, bu problem dilə gətirilməyə və ya onun üstündən sükutla keçilə bilər, lakin bu dezinformasiya olacaq.

- Söhbət Ermənistanın suveren seçimindən gedir, lakin bütün sonrakı addımların nəticələrini izah etmək məsuliyyəti ölkənin hazırkı hakimiyyətinin üzərindədir. Belə taleyüklü qərarlar veriləndə ictimai rəy sorğularını öyrənmək, hazırlıq işləri görmək lazımdır. Biz dürüst olmalıyıq. Bunu xaricdən səsləyənlər yox, ölkə daxilində belə qərarlara çağıranlar etməlidir”, - Mariya Zaxarova vurğulayıb.

Qeyd edək ki, Moskva son vaxtlar İrəvanın Qərblə, xüsusilə də Brüssellə apardığı ikibaşlı oyunlara görə Paşinyan hökumətinə saysız-hesabsız xəbərdarlıqlar ünvünlasa da, hələ ki, “yolunu azan” ərköyün vassalına qarşı əlində olan kifayət qədər təsirli təzyiq mexanizmlərini işə salmağa tələsmir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Zaxarova   Ermənistan   məsləhət  





Xəbər lenti