Vüqar Həşimovun abidəsi təmənnasız hazırlanıb - FOTO

Vüqar Həşimovun abidəsi təmənnasız hazırlanıb - FOTO
  24 İyul 2014    Oxunub:1221
Bu gün tanınmış şahmatçı, xərçəng xəstəliyindən dünyasını dəyişən Vüqar Həşimovun abidəsinin açılışı olub.
AzVision.az xəbər verir ki, açılış II Fəxri Xiyabanda baş tutub.

Açılışda iştirak edən idman müxbiri Sənan Şəfizadənin verdiyi məlumata görə, şahmatçının heykəli Azad Əliyev tərəfindən təmənnasız hazırlanıb.

Qeyd edək ki, Vüqar Həşimov 11 yanvar 2014-cü ildə beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib. 14 yanvar 2014-cü ildə mərhumla vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil olunub və həmin gün II Fəxri Xiyabanda dəfn edilib.




Teqlər:  





Xəbər lenti