Aİ Trampın siyasətinə cavab olaraq qida idxalına qadağa qoymağı planlaşdırır

Aİ Trampın siyasətinə cavab olaraq qida idxalına qadağa qoymağı planlaşdırır
  16 Fevral 2025    Oxunub:749
Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın "qarşılıqlı" ticarət siyasətinə cavab olaraq fermerlərini qorumaq üçün "başqa standartlara uyğun" istehsal olunan ərzaq məhsullarının idxalını qadağan etməyi düşünür.

AzVision.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti rəsmi mənbələrə istinadən bildirib.

Nəşr bildirib ki, belə bir qara siyahıya ilkin olaraq "Aİ fermerlərinin istifadə etməsi qadağan olunan pestisidlərlə yetişdirilən" ABŞ-ın soya kimi bitkiləri daxil ola bilər. Avropa Komissiyası (AK) həmçinin gələcək ticarət müqavilələrinə heyvanların rifahının "daha yüksək standartlarını" daxil etməyi planlaşdırır.

AzVision.az



Teqlər:





Xəbər lenti