Rusiya rəsmisi: "ABŞ ilə danışıqlardakı irəliləyiş yaxın aylarda mümkün olacaq"

    Rusiya rəsmisi:    "ABŞ ilə danışıqlardakı irəliləyiş yaxın aylarda mümkün olacaq"
  18 Fevral 2025    Oxunub:701
Yaxın 2-3 ay ərzində Rusiya və ABŞ arasında iqtisadi məsələlərlə bağlı danışıqlarda irəliləyişin əldə olunması mümkündür.
Bu barədə jurnalistlərə Ər-Riyadda Rusiya-Amerika danışıqlarında iştirak edən Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kiril Dmitriyev məlumat verib.

ABŞ-nin güzəştləri Ər-Riyad danışıqlarından əvvəl ortaya çıxıb
"Biz təfərrüatları açıqlaya bilmərik. Təbii ki, burada siyasi suallar var. Mən siyasi məsələlərlə məşğul olmuram, amma investisiya və iqtisadi məsələlərə aidiyyətim var. Bizim həmkarlarımızın üzərində düşündüyü bir sıra təkliflərimiz var. İnanıram ki, bu məsələdə irəliləyiş olacaq. Bu, bəlkə də uzaq gələcəkdə deyil, yaxın 2-3 ayda mümkün olsun",- Rusiya rəsmisi deyib.

Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanında ABŞ-Rusiya dialoqu başlayıb.

ABŞ-ni dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff, Rusiyanı isə xarici işlər naziri Sergey Lavrov və prezident Putinin köməkçisi Yuri Uşakov təmsil edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   ABŞ  





Xəbər lenti