![]() |
Ukrayna ordusu hər ay 50 min itki verir |
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Kursk istiqamətində keçirilən hərbi əməliyyatlar zamanı düşmən 61 530-dan çox hərbçi, 370 tank, 276 piyada döyüş maşını, 224 zirehli personal daşıyıcısı, 1915 zirehli döyüş maşını, 2031 reaktiv yaylım atəşi sistemi, 450 reaktiv yaylım atəşi sistemi itirib. Bundan əlavə, sıradan çıxarılan silahlar arasında ABŞ istehsalı olan 13 HIMARS və altı MLRS, 22 zenit-raket sistemi buraxılış qurğusu da olub.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az