Avropa nala-mıxa vurdu: Mövqelər

   Avropa nala-mıxa vurdu:    Mövqelər
  18 Fevral 2025    Oxunub:856
ABŞ-nin Ukraynadakı müharibəyə yanaşmasının fonunda Avropa ölkələrinin bəziləri Ukraynaya hərbi yardım etməklə bağlı təkliflər səsləndirirlər. Amma bununla bağlı “Qoca Qitə”də vahid mövqe yoxdur.
“The Financial Times” yazır ki, Parisdə keçirilən görüşdə Avropa ölkələrinin məsələyə yanaşmalarının qısa məğzi belə olub:

• Fransa: Makron döyüşlərdə iştirak etməmək şərtilə, gələcək atəşkəs xəttində “təminat qüvvələri”nin yerləşdirilməsini təklif edir.

• Britaniya: Baş nazir Starmerin sözlərinə görə, əgər lazım gəlsə, ölkəsi qoşun göndərməyə razı və hazırdır.

• Polşa: Baş nazir Tusk qoşun göndərməkdən çəkinir, lakin hərbi-texniki yardım göstərməyə hazırdır.

• İspaniya: Xarici işlər naziri Albares sülhün uzaqda olduğunu düşünür və deyir ki, Ukraynaya qoşun göndərmək fikrində deyillər.

• Almaniya: Kansler Şolts sülhməramlılar haqqında danışmağın hələ çox tez olduğu fikrindədir.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Hərb-və-Sülh  





Xəbər lenti