Azərbaycanın 4 klubuna texniki məğlubiyyət verilib
-1733578577.jpg)
AFFA U-10 Liqasında çıxış edən “Pambıqçı” komandasına da eyni səbəbdən cəza verilib. Komanda “Ramal”la matça təyin edilən vaxtda çıxmadığına görə oyun baş tutmayıb. Bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə Bərdə təmsilçisi yarışdan kənarlaşdırılıb.
U-13 Qızlar liqasında isə “Marxal” oxşar cəza ilə üzləşib. Komanda “Dinamo” ilə oyun üçün təyin edilən vaxtda meydanda omadığına görə 0:3 hesablı texniki məğlubiyyət alıb.
AFFA U-11 Liqasında “Olimpiya” komandasına da texniki məğlubiyyət verilib. Buna “Ağdam”la oyunda komandanın heyətində yetərsay olmaması səbəb olub. Nəticədə qarşılşama baş tutmadığına görə “Olimpiya” 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
AzVision.az
Teqlər: