Fransa Qəzzaya 11 milyon ayıracaq

Fransa Qəzzaya 11 milyon ayıracaq
  24 İyul 2014    Oxunub:1011
Fransa Qəzza sektoruna yardım olaraq 11 milyon avro ayıracaq.
AzVision.az-ın məlumatına görə, bu barədə fransa prezidenti Fransua Olland qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüşdən sonra bildirib.

Fransa liderinin sözlərinə görə, QHT-lər onu Qəzzada vəziyyətin çox ağır olması və humanitar təşkilatların bölgəyə effektiv yardım yardım edə bilməməsi barədə məlumatlandırıblar.

Qeyd edək ki, rəsmi paris Yaxın şərq konfilikti ilə bağlı balanslı siyasət aparmağa çalışır.

Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib. Əməliyyatlar başlayandan bəri Qəzzada ölən fələstinlilərin sayı 600-ə çatıb. İsrail ordusunun isə 27 əsgəri öldürülüb.

Eldar Tanrıverdiyev



Teqlər:  





Xəbər lenti