Analitik Blek: "Tramp Rusiyaya müttəfiq kimi baxır"

      Analitik Blek:    "Tramp Rusiyaya müttəfiq kimi baxır"
  21 Fevral 2025    Oxunub:411
ABŞ prezidenti Donald Tramp İkinci Dünya Müharibəsindən sonra Amerikanın xarici siyasətində ən böyük yenidənqurma işləri aparan siyasətçidir. O, Rusiyaya müttəfiq və ticarət tərəfdaşı kimi baxır.
Bunu Rusiya mediasına müsahibəsində ABŞ Silahlı Qüvvələrinin istefada olan polkovniki və Virciniya ştatı senatının keçmiş üzvü Riçard Blek deyib.

ABŞ anti-Rusiya qətnaməsini dəstəkləməyib
"Tramp Rusiya ilə normal münasibətləri bərpa edir. Ağ Ev rəhbəri Rusiyaya təkcə müttəfiq, ticarət tərəfdaşı kimi deyil, dünya səhnəsində əsas oyunçu kimi baxır", - o vurğulayıb.

Analitikin fikrincə, ABŞ prezidenti Ukraynadakı münaqişənin həlli üçün aparılan danışıqları ölkəsinin xarici siyasətinin yenidən qurulmasının bir hissəsi sayır. Siyasəçi bu məsələni qlobal strategiya kontekstində nəzərdən keçirir.

Qeyd edək ki, Tramp ABŞ prezidenti kimi fəaliyyətə başlayandan sonra Rusiya ilə normal münasibətlərin bərpası istiqamətində bir sıra açıqlamalar verib. Fevralın 18-də isə Səudiyyə Ərəbistanının paytaxtında baş tutan Rusiya-ABŞ görüşü bir sıra iqtisadi layihələr üzrə əməkdaşlığın bərpasına, eləcə də Ukrayna məsələsinin nizamlanması üzrə mümkün təmasların hazırlanmasına və iki prezident arasında görüşlərin təşkilinə həsr olundu.

Bundan əlavə Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra ilk dəfə olaraq ABŞ BMT Baş Assambleyasının Ukrayna ilə bağlı Rusiya əleyhinə qətnamə layihəsinin həmmüəllifi qismində çıxış etməyib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Rusiya   Tramp  





Xəbər lenti